Belarus Rusiyadan “Tor-M2K” ZRK-ləri təhvil alıb

Belarus Rusiyadan “Tor-M2K” ZRK-ləri təhvil alıb

Rusiya Belarus Hərbi Hava Qüvvələrinə (HHQ) 6 ədəd “Tor-M2K” hava hücumundan müdafiə sistemi təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, təhvil alınan 6 ədəd (1 batareya) “Tor-M2K” zenit-raket kompleksi (ZRK) Belarus HHQ-nin 15-ci hava hücumudan müdafiə briqadasının istismarına verilib və ondan istifadə edəcək şəxsi heyətə lazımi təlimlər keçirilib.

Strateji əhəmiyyətə malik bu sistemlərin Belarusun hava məkanının təhlükəsizliyinin artırılmasında xidmət göstərəcəyi qeyd edilib.

Xatırladaq ki, “Tor-M2K” HHM sistemlərinin alınması ilə bağlı Belarus və Rusiya arasında müqavilə ötən ilin dekabr ayında imzalanıb. Yeni “Tor-M2K” ZRK-lər köhnəlmiş S-300 zenit-raket sistemlərini əvəz edəcək.

Poliqon.az

CATEGORIES
TAGS