Belarusda əl qumbaralarını PUA-dan atmaq üçün modul hazırlanıb

Belarusda əl qumbaralarını PUA-dan atmaq üçün modul hazırlanıb

Belarusda qəlpəli əl qumbaralarını pilotsuz uçuş aparatlarından (PUA) atmağa imkan verən modul hazırlanıb.

“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, standart alışdırıcıları olan əl qumbaralarından fərqli olaraq, atılan əl qumbarasının detonasiyası inersial zərbə mexanizminin işə düşməsi hesabına baş verir.

Qeyd olunub ki, modul çöl şəraitində rahat yığıla bilir, istismarı təhlükəsizdir, zərbə PUA-sının xassələrindən asılı olaraq 50 metr və daha çox hündürlükdən istifadə oluna bilər.

Bildirilib ki, qəlpəli əl qumbarası ilə tətbiq olunmalı unifikasiya edilmiş partlayıcı-sabitləşdirici modul (UVSM) Belarus Respublikasının güc strukturlarının maraqlarına uyğun olaraq Minskdə yerləşən “Dəqiq Elektromexanika Zavodu” dövlət müəssisəsi tərəfindən hazırlanıb.

“2024-cü ilin yanvar-aprel ayları arasında müəssisənin mütəxəssisləri güc strukturlarının nümayəndələri ilə birgə unifikasiya edilmiş modulun poliqon uçuş sınaqlarını həyata keçiriblər. Poliqon uçuş sınaqlarının nəticələri müsbətdir”, – deyə Belarus Dövlət Hərbi-Sənaye Komitəsi tərəfindən qeyd edilib.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS