Belarusda təkmilləşdirilmiş “Uraqan” YARS-ın sınaqları keçirilib

Belarusda təkmilləşdirilmiş “Uraqan” YARS-ın sınaqları keçirilib

Belarusda “VOLATAVTO” şirkəti tərəfindən sınaq-konstruktor işləri çərçivəsində MAZ-6317 şassisində quraşdırılaraq təkmilləşdirilmiş 9P140MB “Uraqan-MB” yaylım atəş reaktiv sistemi (YARS) sınaqdan keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sınaqların nəticələrinə görə, 9P140MB “Uraqan” döyüş maşını bütün elan edilmiş xüsusiyyətləri və tələbləri (davamlılıq və xarici təsirlərə qarşı müqavimət; radioelektron müdafiə; erqonomika və texniki estetika; texniki qulluq və təmir rahatlığı) tam təsdiqləyib.

Təkmilləşdirmə işləri zamanı köhnəlmiş Sovet istehsalı ZIL-135 şassisi yerli yeni MAZ-6317 avtomobilinin şassisi ilə əvəz edilmişdir. Məmulat ümumi təyinatlı yollarda və yolsuzluq şəraitində tələb olunan nəqlolunma qabiliyyətini təmin edir.

Döyüş maşınının yürüş vəziyyətindən döyüş vəziyyətinə və əksinə keçirilməsi, sistemin əvvəlki 9P140 versiyasına nisbətən döyüş heyətinin az fiziki güc istifadə etməsi ilə tələb olunan vaxt çərçivəsində təmin edilir.

Təkmilləşdirilmiş YARS-da reaktiv mərmiləri istiqamətləndirici borulara standart nəqliyyat-doldurma maşınından doldurmaq imkanı saxlanılmışdır.

Sınaqlar zamanı məmulat, yaylım atəşində dayanıqlığı və istiqamətləndiricilər paketinin maksimal dönmə bucaqlarında bütün konstruksiyanın möhkəmliyi nümayiş etdirib. Kabina qaz şırnağından müdafiə ilə təmin edilib.

Döyüş maşını, məmulatın təyinatı üzrə səmərəli istifadəsini təmin edən Belarus istehsalı müasir naviqasiya, rabitə və tuşlama prosesini avtomatlaşdırma vasitələri ilə təchiz edilib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş