Beynəlxalq Astronavtika Konqresi 2026-cı ildə Türkiyədə keçiriləcək

Beynəlxalq Astronavtika Konqresi 2026-cı ildə Türkiyədə keçiriləcək

2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyənin Antalya şəhərində keçiriləcək.

“Poliqon” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi pavilyonundakı stendlərin mükafatlandırma mərasimi zamanı Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi, Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkəti, Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi, Milanın “Plan-S” şirkəti və Türkiyə Kosmik Agentliyinin stendləri mükafatlandırılıb.

CATEGORIES