Bolqarıstan L-39ZA təlim təyyarələrini təkmilləşdirir

Bolqarıstan L-39ZA təlim təyyarələrini təkmilləşdirir

Çexiyanın “Aero Vodochody” şirkəti Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd L-39ZA təlim təyyarəsini əsaslı təmir və qismən modernizasiya edəcək.

Bu barədə “Poliqon” “Aero Vodochody” şirkətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, sözügedən təyyarələrin əsaslı təmir və qismən modernləşdirilməsi ilə bağlı “Aero Vodochody” şirkəti ilə Bolqarıstan Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Aero Vodochody” tərəfindən ilk təyyarənin modernləşdirmə işləri 2023-2024-cü illər ərzində aparılacaq. Modernizasiya çərçivəsində L-39ZA-ların əksər hissəsi və gövdəsi gözdən keçiriləcək, köhnə Rusiya istehsalı olan avionikası müasir Qərb istehsalı ilə əvəz ediləcək. Naviqasiya, rabitə, identifikasiya və səsyazma sistemləri modernləşdiriləcək.

Sazişə uyğun olaraq, L-39ZA təyyarələrinin AI-25TL mühərriklərinin təmiri və texniki işləri Çexiyanın “LOM Praha” şirkəti tərəfindən yerinə yetiriləcək.

Qeyd edək ki, əsaslı təmir nəticəsində Bolqarıstan HHQ-nin L-39ZA təyyarələrinin xidməti ömrü 7.5 il və uçuş müddəti 1500 saat artırılacaq.

Poliqon.az

 

CATEGORIES
TAGS