Böyük Britaniya hərbi yük maşınlarını universallaşdırır

Böyük Britaniya hərbi yük maşınlarını universallaşdırır

Almaniyanın MAN konserninin tərkib hissəsi olan “MAN Truck and Bus UK”, 2005-ci ildə Böyük Britaniya Ordusunun avtoparkına təslim edilən 382 ədəd MAN HX yük maşınının təkmilləşdirilməsinə dair müqaviləni yerinə yetirib.

“Poliqon” “UK Defense Journal”a istinadən xəbər verir ki, bu avtomobillər Enhanced Paletised Load System (EPLS) istifadə etməyə uyğunlaşdırılıblar.

Bu sistem sayəsində ehtiyacdan asılı olaraq, dörd oxlu MAN HX yük avtomobillərinin şassisinə ya 20 futluq konteynerlər, ya da modul əsaslı “altlıq”-banlar yerləşdirilə bilər.

Böyük Britaniya Müdafiə Nazirliyi ilə imzalanan müqavilənin icrası 32 ay çəkib. Bütün işlər Birləşmiş Krallıqda yerləşən müəssisələrdə həyata keçirilib.

“Belə bir nümunə Silahlı Qüvvələrimiz üçün də göstəricidir, çünki digər şeylər arasında həm döyüş sistemlərinin istismarı, həm yüklərin çatdırılması və həm də digər funksiyaları yerinə yetirmək üçün istifadə olunan şassinin universal hala gətirilməsi problemi aktualdır. Ordu yalnız döyüş hazırlığını deyil, eləcə də maddi-texniki təminatını daima yaxşılaşdırmalıdır”, – deyə Müdafiə Nazirliyindən bildiriblər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS