Böyük Britaniya İsraildən gecə görmə cihazları alır

Böyük Britaniya İsraildən gecə görmə cihazları alır

Böyük Britaniya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün İsrailin “Elbit Systems” şirkətinə 16 milyon ABŞ dolları dəyərində “XACT nv33” gecə görmə cihazları (NVG) sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

“XACT nv33” NVG müxtəlif tipli dəbilqələrə quraşdırıla, başa taxıla və ya əldə istifadə edilə bilən yüngül görüntü gücləndirici durbindir. Cihazın kompakt ölçüdə və yüngül olması ondan qaranlıqda nəqliyyat vasitəsi sürmək üçün də istifadə etməyə şərait yaradır.

Hazırda XACT məhsul ailəsidən Almaniya, Hollandiya, İsrail, Avstraliya və bir sıra NATO ölkələrinin Silahlı Qüvvələri istifadə edir.

Poliqon.az

CATEGORIES
TAGS