Böyük dağıdıcı qüvvəyə malik uzaqmənzilli raketlərin Azərbaycana gətirilməsinə başlanılıb

Böyük dağıdıcı qüvvəyə malik uzaqmənzilli raketlərin Azərbaycana gətirilməsinə başlanılıb

Azərbaycan qardaş Türkiyə ilə hərbi texniki sahədə əməkdaşlığa, Türkiyə istehsalı olan ən müasir silah və texnikanın, dünyanın qabaqcıl texnologiyalarını özündə əks etdirən müdafiə təyinatlı məhsulların alınmasına üstünlük verir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun IDEF-2023 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı mesajda bildirilib.

Nazir vurğulayıb ki, Azərbaycan rəqabətə davamlı hərbi məhsullara böyük maraq göstərir: “Eyni zamanda ölkəmiz hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir texnologiya nümunələrinə, dünya bazarında rəqabətə davamlılığı ilə seçilən hərbi təyinatlı vasitələrə böyük maraq göstərir. Bu maraq ölkəmizin müdafiə qüdrətinin və strateji müttəfiqimiz olan qardaş Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrimizin davamlı inkişafına xidmət edir”.

Zakir Həsənov qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbər heyətinin qardaş Türkiyəyə səfərləri çərçivəsində Türkiyə Müdafiə Sənayesinin ASELSAN, “Roketsan”, HAVELSAN, ASPİLSAN və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilir, qarşılqlı maraq doğuran məsələlər müzakirə olunur: “Artıq bir çox kontraktlar imzalanmışdır. Yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsinə başlanılıb”.

Poliqon.az

CATEGORIES
TAGS