Britaniyanın nüfuzlu MAG təşkilatı ANAMA-nın yeni supervayzerlərinə təlimlər keçir

Britaniyanın nüfuzlu MAG təşkilatı ANAMA-nın yeni supervayzerlərinə təlimlər keçir

Qarabağda genişmiqyaslı minatəmizləmə aparılması məqsədilə mərhələli şəkildə əməliyyatlara yeni müdavimlər cəlb edilir. Müdavimlərə keçirilən təlimlər “Humanitar Minaaxtarma” və “Döyüş Sahələrinin Təmizlənməsi”, eləcə də “Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya” üzrə kurslardan ibarətdir. Təlimlər həm nəzəri, həm də praktik şəkildə həyata keçirilir.

Bu fikirləri POLİQON jurnalına müsahibəsində Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov söyləyib.

S.Poladov bildirib ki, Agentliyin sahə heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə onlar mütəmadi olaraq müxtəlif təlimlərə cəlb olunurlar. Bu kimi təlimlərdən biri də Böyük Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında imzalanan Anlaşma memorandumuna əsasən ANAMA-nın yeni supervayzerləri üçün 6 ay nəzəri və 6 ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi nəzərdə tutulub.

“Eləcə də, bir müddət öncə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlayış qrupu işçilərinə EOD Level 3+ (Partlayıcı Sursatların Zərərsizləşdirilməsi) təlimləri keçirilib.

Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq təlimlər sahə işçilərinə davranış və təhlükəsizlik qaydalarının aşılanması, əldədüzəlmə və digər partlayıcı qurğuların iş prinsipi və zərərsizləşdirilməsi barədə yeni bilik və bacarıqlarının təkmilləşdirilməsini təmin edir”, – ANAMA-nın İdarə Heyəti sədrinin müavini S.Poladov vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS