BTR-70 Ərəb Əmirliklərinin tenderində mübarizə aparacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi isti iqlim şəraitində 300 km-lik müvəffəqiyyətli sınaqlardan sonra Ukrayna istehsalı olan BTR-70 markalı zirehli personal daşıyıcıları tenderə buraxmaq barədə qərar qəbul edib. BTR-70 testlər zamanı səhrada qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

BTR-60PB-nin əsasında yaradılmış BTR-70 benzinlə işləyən iki ədəd ZMZ 49-05 V 8 mühərriki ilə təchiz olunub. Desant daşımaq üçün istifadə olunan nəqliyyat vasitəsi 8 təkərli və amfibiya xüsusiyyəti mövcuddur. Nəqliyyat vasitəsi KPVT ağır pulemyotu ilə silahlandırılıb. Qüllədə əlavə olaraq 7.62 mm PKT pulemyotu, iki ədə “Strela 3” portativ hava hücumundan müdafiə sistemi və iki ədə AGS-17 qumbaraatan quraşdırmaq mümkündür.

BƏƏ-nin elan etdiyi tenderdə “General Dynamics” şirkəti “Desert Piranha 5”, “Nexter” şirkəti VBCI, “Rheinmetall” “Boxer” və “Patria” şirkəti “Patria AMV” transportyorları ilə mübarizə aparacaq. Yeni nəqliyyat vasitələrinin komanda və nəzarət sistemləri ilə EADS və “C4 Advanced Solutions” şirkətləri müştərək, kommunikasiya sistemləri ilə THALES şirkəti təchiz edəcək.

KATEQORIYA: