Bu gün silahlı basqında öldürülən Rüfət Həşimov İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub

Bu gün silahlı basqında öldürülən Rüfət Həşimov İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub

Bu gün “Bravo” marketdə silahlı basqında öldürülən Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

“Poliqon” xəbər verir ki, Bakının Səbail rayon sakini 1988-ci il təvəllüdlü Rüfət Həşimov kikboks üzrə respublika mükafatçısı və İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı idi.

O, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdi.

Poliqon.az

CATEGORIES