Bu il ABŞ-ın xarici hərbi satışı 100 milyard dolları ötə bilər

Bu il ABŞ-ın xarici hərbi satışı 100 milyard dolları ötə bilər

2024-cü ilin sonuna qədər ABŞ-ın xarici hərbi satışı (Foreign Military Sales – FMS) 100 milyard dolları keçə bilər.

“Poliqon”un xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Məlumatda bildirilib ki, 2021-ci ildə ABŞ-ın xarici hərbi satışı cəmi 34.8 milyard dollar təşkil edib. 2022-ci ildə bu rəqəm 49.7 milyard, 2023-cü ildə isə 66.2 milyard ABŞ dollarına yüksəlib.

Qeyd edilib ki, cari ilin geridə qalan dövrü ərzində ABŞ-ın xarici hərbi satışı artıq 80 milyard dolları ötüb və ilin sonuna qədər bu məbləğ 100 milyard dolları keçə bilər.

CATEGORIES
TAGS