Bundestaq İsraildən “Arrow-3” RƏM kompleksi almaq istəyir

Bundestaq İsraildən “Arrow-3” RƏM kompleksi almaq istəyir

Almaniya Müdafiə Nazirliyi (Bundestaq) İsraildən raket əleyhinə müdafiə (RƏM) təyinatlı “Arrow-3” zenit raket kompleksi (ZRK) almaq niyyətindədir.

“Poliqon” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Benni Qantz və almaniyalı həmkarı Kristin Lambrext arasında telefon danışığı olub.

Telefon danışığı zamanı nazirlər İsrail və Almaniya arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən “Arrow-3” hava hücumundan müdafiə sisteminin satışını müzakirə edib.

Nəşr bildirib ki, Almaniyada əvvəlcə “Dəmir Qübbə” hava hücumundan müdafiə (HHM) sisteminin alınması müzakirə edilsə da, sonradan ballistik raketlərə qarşı daha effektiv olan “Arrow-3” ZRK-nin alınmasına qərar verilib. Buna səbəb kimi Rusiyanın Ukrayna üzərindəki işğalı və Avropada artmaqda olan təhdidi göstərilib.

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən istehsal olunan “Arrow 3” ZRK havasız məkanda qitələrarası ballistik raketləri məhv etmək üçün təyin edilib. Kompleks yerin süni peyklərini də məhv etməyə qadirdir.

Həmçinin bu linkə (Raket zərbəsi təhdidlərinə qarşı “Arrow” RƏM kompleksləri) daxil olaraq “Arrow 3” ZRK haqqında daha ətraflı tanış ola bilərsiniz.

Poliqon.az

CATEGORIES
TAGS