Burak Akbaş: Azərbaycanda hədəflədiyimiz layihələr ətrafında müzakirələr aparırıq

Burak Akbaş: Azərbaycanda hədəflədiyimiz layihələr ətrafında müzakirələr aparırıq

“Meteksan Savunma” Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir

Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən olan “Meteksan Savunma” şirkəti Azərbaycanda hədəflədiyi layihələr ətrafında istifadəçi tərəfi ilə çox yaxından müzakirələr aparır.

“Poliqon” xəbər verir ki, bunu “Meteksan Savunma” şirkətinin beynəlxalq satış, marketinq və korporativ reputasiya direktoru Burak Akbaş POLİQON jurnalına açıqlamasında bildirib.

Untitled2 2B.Akbaş vurğulayıb ki, Azərbaycan “Meteksan Savunma” üçün bir bazar deyil, birlikdə çalışdıqları, heç bir gözlənti olmadan hər zaman lazım olanı etmək üçün bacardıqlarını edə biləcəkləri ölkədir: “Bir müddətdir ki, Azərbaycanla çox sıx danışıqlar aparırıq. Biz oradakı ehtiyaclardan və lazım ola biləcək məsələlərdən xəbərdarıq. Bu çərçivədə “Meteksan Savunma” olaraq son zamanlar qeyd etdiyim kimi, məhsullarımızın Azərbaycanda istifadəsi üçün çox yaxın və ətraflı danışıqlar aparırıq. Hazırda imzaladığımız layihə yoxdur. Ancaq qarşıdakı dövr üçün hədəflədiyimiz layihələr var. Onların adlarını çəkməyəcəm. Hazırda istifadəçi tərəfi ilə çox yaxından müzakirələr aparırıq”.

B.Akbaş, son zamanlarda Azərbaycan tərəfinin özəl şirkətlər və öz mühəndisləri ilə yavaş-yavaş yerli və milli araşdırmalar apardığını müşahidə etdiyini deyib.

Untitled2 3“Bu çərçivədə “Meteksan Savunma” olaraq, biz də Azərbaycanın yerli müdafiə sənayesinin inkişafı və parlaq mühəndislərinin işlə təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Elə buradan oxucularınıza bir mesaj vermək istəyirəm: Məhsullarımızla bağlı bizimlə əməkdaşlıq etmək istəyən yerli şirkətlər olarsa, qapımız onlara hər zaman açıqdır”, – B.Akbaş vurğulayıb.

Qeyd edək ki, “Meteksan Savunma” şirkətinin beynəlxalq satış, marketinq və korporativ reputasiya direktoru Burak Akbaşın bu müsahibəsi tam versiyada POLİQON jurnalının yeni çapdan çıxan buraxılışında yer alıb.

Untitled2 4Poliqon.az

CATEGORIES
TAGS