Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil edilmiş növbəti onlayn müzakirə Tovuz rayon orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

“Vətənpərvər Azərbaycan Gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda keçirilmiş vebinar 15 İyun-Milli Qurtuluş Gününə həsr olunub.

SHXÇDX-nin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Tovuz rayon Bayramlı, Hunanlar kənd orta məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri Məhəmməd Alıyev, Rəhim Məmmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Ceyhun Əliyev gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlər arasında hərbi ixtisaslı mütəxəssis hazırlığının əhəmiyyəti haqqında aparılan işlərdən bəhs edib.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

Poliqon.az

CATEGORIES
TAGS