“Captor-E” radarı ilə təchiz edilmiş “Eurofighter Typhoon”un uçuş sınaqlarına başlanılıb

“Captor-E” radarı ilə təchiz edilmiş “Eurofighter Typhoon”un uçuş sınaqlarına başlanılıb

“Airbus” şirkəti “Captor-E” AESA radarı ilə təchiz edilmiş “Eurofighter Typhoon” döyüş təyyarəsinin uçuş sınaqlarına başlayıb.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, bu, İspaniya Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsini nəzərdə tutan “Halcon” proqramının bir hissəsidir.

İspaniya HHQ sözügedən proqram çərçivəsində “Tranş 4” standartına uyğun şəkildə istehsal olunan 20 ədəd yeni “Eurofighter Typhoon” əldə edəcək ki, bunlar da “Captor-E” radarı ilə təchiz olunacaq.

CATEGORIES