“Cardom” minaatan batareyasının təlimi keçirilib

“Cardom” minaatan batareyasının təlimi keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin minaatan batareyalarının heyətləri ilə təlim məşqləri keçirilib.

Bu barədə “Poliqon” “Azərbaycan Ordusu” qəzetinə istinadən məlumat verib.

Qəzetdə dərc edilən fotoda təlimdə İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Cardom” özüyeriyən minaatan batareyasından istifadə edildiyi görünür. Minaatan kompleksi 4×4 təkər formuluna malik “Mercedes” markalı nəqliyyat vasitəsinin şassisi üzərinə qurulub.

Bildirilib ki, təlimlərdə həvəslə iştirak edən əsgərlər səmərəli keçən məşğələlərdə özüyeriyən minaatan qurğusunun taktiki-texniki xüsusiyyətlərini dərindən öyrəniblər: “Təlimin gedişini diqqətlə izləyirik. Yaxınlıqda dayanmış gənc zabit əlində tutduğu bayraqları yuxarı qaldıraraq, minaatanlara müxtəlif göstəriş və tapşırıqlar verir. Əsgərlər də komandirin tapşırıqlarını yerinə yetirmək üçün cəld və çevik hərəkətlərlə irəli atılırlar. Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir”.

Poliqon.az

CATEGORIES
TAGS