Cəbrayıl rayonunda partlayış olub

Cəbrayıl rayonunda partlayış olub

2023-cü il 25 avqust tarixində Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. 

Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

CATEGORIES
TAGS