Çexiya adı açıqlanmayan ölkəyə DITA ÖAQ-ların tədarükü üçün müqavilə imzalayıb
Çexiyanın “Excalibur Army” şirkəti adı açıqlanmayan ölkəyə 155 mm-lik DITA özüyeriyən artilleriya qurğularının (ÖAQ) tədarükü üçün müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu, “Excalibur Army” şirkətinin yayımladığı illik hesabtda öz əksini tapıb.
Hesabatda müqavilənin təfərrüatları ilə bağlı məlumat verilməsə də, bu ölkənin Azərbaycan olduğu ehtimal edilir. Çünki cari ilin may ayında “Excalibur Army” şirkətinin Azərbaycana 70 ədəddən çox DITA ÖAQ tədarük edəcəyi iddia olunmuşdu (Həmçinin bax: Çexiya Azərbaycana 155 mm-lik DITA ÖAQ-lar tədarük edəcək)