Çexiya İsraildən “Spyder” ZRK-ləri təhvil alıb

Çexiya İsraildən “Spyder” ZRK-ləri təhvil alıb

Çexiya Silahlı Qüvvələri İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael” şirkəti tərəfindən istehsal edilən “Spyder” zenit-raket komplekslərinin bir hissəsini təhvil alıb.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, çatdırılma 2021-ci ilin sentyabr ayında Çexiya hökuməti və “Rafael” şirkəti arasında imzalanan 627 milyon ABŞ dolları dəyərindəki müqavilə əsasında həyata keçirilib.

Qeyd edək ki, İsraildən alınan “Spyder” ZRK-lər Çexiya Ordusunun inventarında yer alan köhnəlmiş 2K12 “Kub” hava hücumundan müdafiə sistemlərini əvəzləyəcək.

CATEGORIES
TAGS