Çexiyada pilot hazırlığının gücləndirilməsi üçün əlavə təlim təyyarələri tədarük ediləcək

Çexiyada pilot hazırlığının gücləndirilməsi üçün əlavə təlim təyyarələri tədarük ediləcək

Çexiya aviasiya sənayesinin aparıcı şirkəti olan “Aero Vodochody”, LOM PRAHA-ya əlavə dörd ədəd L-39 “Skyfox” təlim təyyarəsi tədarük edəcək.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, ilk iki təyyarə bu ilin sonuna qədər sifarişçiyə çatdırılacaq.

LOM PRAHA Çexiyada dövlətə məxsus hərbi aviasiya təmir və təlim mərkəzidir. Burada həm Çexiya Hərbi Hava Qüvvələri, həm də digər NATO ölkələrinin pilotları hazırlanır. Yeni təyyarələrin alınması ilə təlim imkanlarının genişlənəcəyi, xüsusilə 4-cü və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlığında mühüm rol oynayacağı bildirilir.

CATEGORIES