Xəbərlər
Ceyhun Bayramov Ukrayna istehsalı PUA-larla tanış olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfəri çərçivəsində bu ölkədə istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olub.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumatda bildirilib ki, Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən Ukrayna Xarici İşlər Nazirliyində qarşılanıb.
Rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisi ilə tanış olublar.





