
Çin istehsalı J-35 qırıcısının Pakistana satışı ilə bağlı xəbərlər inkar olunub
Pakistanın müdafiə naziri Xacə Asif Çin istehsalı 5-ci nəsil J-35 qırıcısının Pakistana satışı ilə bağlı xəbərləri inkar edib.
“Poliqon” xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri X.Asif “Arab News”a müsahibəsində bildirib.
O, J-35 təyyarələrinin 2026-cı ildə Pakistana təhvil veriləcəyinə dair xəbərlərin sadəcə media tərəfindən yayılan məlumat olduğunu qeyd edib: “Düşünürəm ki, bu, sadəcə mediadadır, bilirsiniz. Bu, yalnız mediadadır və Çin müdafiə satışları üçün yaxşıdır”.
Xatırladaq ki, bir müddət öncə Pakistan hökumətinin yaydığı bir məlumatda Pekinin İslamabada 40 ədəd J-35 qırıcısı, o cümlədən KJ-500 AWACS (havadan erkən xəbərdarlıq və nəzarət) təyyarələri və HQ-19 hava hücumundan müdafiə sistemləri təklif etdiyi qeyd olunmuşdu.