Çin J-20 qırıcısını ilk dəfə geniş ictimaiyyətə təqdim edib

Çin J-20 qırıcısını ilk dəfə geniş ictimaiyyətə təqdim edib

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan J-20 döyüş təyyarələri “Zhuhai Air Show” zamanı ilk dəfə xalq qarşısına çıxarlaraq təqdim olunub.

“Poliqon” “The EurAsian Times” nəşrinə istinadən xəbər verir ki, J-20 qırıcıları Çində keçirilən “Zhuhai Air Show” zamanı müxtəlif nümayiş uçuşları həyata keçirib.

Nəşr bildirib ki, Çin Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin bu döyüş təyyarəsini geniş şəkildə ictimaiyyətə təqdim etməsi onların J-20 qırıcısına olan inamını göstərir.

“Chengdu” J-20 qırıcısı Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin silahlanmasına 2017-ci ildə daxil olub. Təyyarə “Shenyang Aircraft” korporasiyası tərəfindən hazırlanıb və “Chengdu Aircraft Industry” zavodunda yığılıb. J-20 qırıcısının prototipinin ilk uçuşu 2011-ci ildə, rəsmi nümayişi isə 2016-cı ildə Zhuhai aviasalonunda baş tutub.

Qeyd edək ki, 5-ci nəsil döyüş təyyarəsi olan J-20 qırıcısı Çin tərəfindən ABŞ-ın F-22 və F-35 qırıcılarına rəqib göstərirlir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş