QuruSərgilərXəbərlər

CİRİT ANTİ-İHA raketi İspaniya istehsalı silah stansiyalarına inteqrasiya olunacaq

“Eurosatory 2026” sərgisi çərçivəsində Türkiyənin “Roketsan” və İspaniyanın “EM&E Group” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

“Poliqon”un verdiyi xəbər görə, bu barədə “Roketsan” şirkəti məlumat yayıb.

Sözügedən sənəd “Roketsan”ın döyüş şəraitində özünü doğrultmuş CİRİT ANTİ-İHA raketinin “EM&E Group”un uzaqdan idarəolunan silah stansiyalarına inteqrasiyasını nəzərdə tutur.

Qeyd edilib ki, bu əməkdaşlıq qabaqcıl texnologiyalarla əməliyyat təcrübəsini bir araya gətirərək müasir döyüş meydanının təhlükəsizlik tələblərinə cavab verən etibarlı və yüksək performanslı sistemlərin yaradılmasına imkan verəcək.

Back to top button