CİS mütəxəssisi Yaşar Nəsibov: “Xəritə vətənin giriş kartıdır”

Plastik qabartma xəritə istehsalı texnologiyası – xəritənin görüntüsünün xüsusi plotter vasitəsilə xüsusi bir plastik lövhədə çap edildiyi və 3D ərazi modeli və termal vakuum üsulu ilə formalaşdırıldığı qabartma xəritələrin hazırlandığı bir texnologiyadır.
Bu barədə “Poliqon”a açıqlamasında Türkiyənin KabArt Kartoqrafiya və Mühəndislik şirkətinin regional direktoru, Coğrafi İnformasiya Sistemləri (CİS) mütəxəssisi Yaşar Nəsibov bildirib.
Y.Nəsibov vurğulayıb ki, plastik qabartma xəritələr ən qənaətcil məhsul növü sayılırlar və kütləvi sayıda istehsal olunurlar: “Plastik qabartma xəritə məhsulları hərbi sahədə, təlim və tədris işlərində, elmi-tədqiqat işlərində istifadə məqsədi üçün hazırlanır. Təyinatına və istifadə yerinə uyğun olaraq müxtəlif miqyaslarda və istənilən ölçülərdə istehsal olunur. Bu texnologiya avadanlıq, proqram təminatı, məlumat, istehsal texnologiyası və avtomatlaşdırma komponentlərindən ibarətdir”.
CİS mütəxəssisinin sözlərinə görə, hərbi sahədə plastik qabartma xəritələr:
- Qoşunlar tərəfindən Hərbi Qərar Qəbuletmə Prosesində əməliyyat (döyüş) fəaliyyətinin keçiriləcəyi ərazinin öyrənilməsində;
- Bölmələr arasında qarşılıqlı əlaqənin təşkilində;
- Qarşılıqlı əlaqə zamanı döyüş əməliyyatları rayonu haqqında əyani təsəvvürün yaradılmasında;
- Seçilmiş fəaliyyət tərzlərinin məşq olunmasında;
- Bölmələrin ərazidə yerləşdirilməsi və əlverişli mövqelərin tutulması fəaliyyətində;
- Düşmənin yaxınlaşma istiqamətlərinin əvvəlcədən təyin edilməsi fəaliyyətində;
- Taktiki və xüsusi hazırlıq dərslərində və s. yerlərdə istifadə edilir.
“Bundan başqa, döyüş əməliyyatları rayonunu plastik qabartma xəritə üzərində öyrənən zaman yerli coğrafi obyektlərin və relyef formalarının xüsusiyyətləri haqqında asanlıqla təsəvvür əldə etmək mümkündür. Aerofotoşəkillərdən, drone görüntülərindən vəya peyk təsvirlərindən hazırlanmış plastik qabartma xəritələrdən istifadə edilməsi ərazi haqqında daha güncəl və ətraflı məlumat almağımıza imkan verir. Həmçinin, marşrutların, kolon yollarının, qoşunların toplanma rayonlarının, təbii maneələrin ərazi kəşfi və kəşfiyyatı zamanı da geniş istifadə olunur”, – deyə Y.Nəsibov vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bölmələrdə keçirilən hərbi topoqrafiya dərslərində plastik qabartma xəritələrin istifadə edilməsi şəxsi heyətin hərbi topoqrafiya dərsini yaxşı mənimsəməsinə imkan verəcək, eyni zamanda cavabdeh olduğu bölgənin təbii şəraitini daha ətraflı təhlil edəbiləcəkdir. Bundan başqa, hərbi məktəb və litseylərdə keçirilən hərb tarixi və coğrafiya dərslərində əyani vəsait olaraq istifadə oluna bilinər. Bu kursantların dərsləri nəzəri olaraq öyrənmələri ilə bərabər, həm də praktiki olaraq mənimsəmələrinə imkan verəcəkdir. Plastik qabartma xəritələr döyüş postlarında da istifadə ediləbilinər.
Azərbaycanda və regionda təmsilçiliyini etdiyi KabArt Kartoqrafiya və Mühəndislik şirkətinin fəaliyyət istiqamətlərindən danışan Y.Nəsibov bildirib ki, bu şirkət 2012-ci ildə bir neçə yenilikçi və gənc mühəndislər tərəfindən qurulub: “Şirkəti qurmağın məqsədi üçölçülü (3D) kartoqrafiyaya yeni bir nəfəs gətirmək, müasir üsulları istehsalatda tətbiq etmək və daha məhsuldar kartoqrafik cihazları yaratmaq idi. Zaman içərisində KabArt markası altında bir çox yeni kartoqrafik məhsullar ərsəyə gətirilib. KabArt deyilincə ağla sənət və texnologiyanın harmoniyası gəlməkdədir. Şirkət bu istiqamətdə əmin addımlarla iləriləməkdədir”.
Y.Nəsibov bildirib ki, yeni qurulmasına rəğmən az zaman içərisində şirkətin fəaliyyəti Türkiyə sərhədlərini aşıb və dost və müttəfiq olan Pakistana milli və yerli bir məhsul olan “plastik qabartma xəritə istehsalı” sistemini ixrac edib.
KabArt Kartoqrafiya və Mühəndislik şirkəti tərəfindən təqdim olunan bu sistemin üstünlükləri aşağıdadır:
- Paket olaraq satışa təqdim edilən və hər hansı bir ğlkənin milli rəqəmsal xəritə istehsalı sisteminə asanlıqla inteqrasiya olunur. Bu qabiliyyəti ilə dünyada ilk və yeganə bir sistemdir.
- Şirkətin mütəxəssisləri tərəfindən dizayn edilən və hazırlanan cihazların köməkliyi ilə 1 x 2 m ölçülərində plastik qabartma xəritə istehsal olunabilinir.
- Minimum xərclə yüksək keyfiyyətli məhsul istehsal edilir.
- Türkiyədə plastik qabartma xəritə istehsalı baxımından özünü sübut etmiş bir texnologiyadır.
Y.Nəsibov vurğulayıb ki, KabArt Kartoqrafiya və Mühəndislik şirkəti üçün müştəri məmmuniyyəti ön plandadır: “Hazırladığı texnologiyanın Türkiyə Silahlı Qüvvələri və Pakistan Silahlı Qüvvələri tərəfindən istifadə olunması onun qürur mənbəyidir”.





