Daha bir ölkə Fransadan CAESAR ÖAQ-lar alır

Daha bir ölkə Fransadan CAESAR ÖAQ-lar alır

Estoniya Fransadan 12 ədəd CAESAR özüyeriyən artilleriya qurğusu (ÖAQ) alır.

“Poliqon” Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzinə (ECDI) istinadən xəbər verir ki, bunun üçün “Eurosatory-2024” sərgisində ECDI, Fransanın Silahlandırma Baş İdarəsi (DGA) və KNDS şirkəti arasında müqavilələr imzalanıb.

Gələcəkdə əlavə CAESAR-ların da tədarükünü nəzərdə tutan müqavilələrə əsasən, ilk ÖAQ-lar 2024-cü ilin sonunda Estoniyaya təhvil veriləcək və çatdırılma prosesi 2025-ci ilin ortalarına qədər davam edəcək.

Xatırladaq ki, “Eurosatory-2024” çərçivəsində Ermənistan da CAESAR ÖAQ-ların satın alınması üçün Fransa ilə müqavilə imzalayıb.

CATEGORIES
TAGS