Daxili Qoşunların Hərbi Şurasının iclası keçirilib

Daxili Qoşunların Hərbi Şurasının iclası keçirilib

İyulun 8-də Daxili Qoşunların Baş İdarəsində videokonfrans formatında  “2021-ci ilin 1-ci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları”na həsr olunmuş Hərbi Şuranın iclası keçirilib.

Bu barədə “Poliqon”a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, 2021-ci ilin 1-ci yarımilin ən yaddaqalan hadisəsi Prezident İlham Əliyevin iştirakı ilə Daxili Qoşunların Bakı şəhərinin Sabunçu rayonunda yerləşən hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılış mərasimi olub. Bu, ümumilikdə, qoşunların xidməti-döyüş fəaliyyətinə verilən yüksək qiymət olaraq, daha yaxşı nəticələrin əldə olunması üçün məsuliyyətverici amil kimi qəbul olunub.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Daxili Qoşunlar tərəfindən mötəbər beynəlxalq idman tədbirləri zamanı qarşıya qoyulmuş tapşırıqlar, həmçinin, işğaldan azad olunmuş ərazilərdə və koronovirus pandemiyası dövründə xüsusi karantin rejiminin təmin olunması ilə əlaqədar müəyyən edilmiş vəzifələr polis əməkdaşları ilə birlikdə uğurla həyata keçirilib və bu fəaliyyət davam etdirilməkdədir.

Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra 2021-ci ilin müvafiq dövrü ərzində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları barədə daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Məruzədə bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai qaydaların qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrasını tam təmin etməklə yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirib. Yarımil ərzində dövlət və hərbi obyektlərin mühafizəsi təmin edilib:

“Bununla yanaşı, Prezidentin müvafiq fərmanına uyğun olaraq qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə ictimai asayişin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiq edilməsi və digər mühüm vəzifələr yerinə yetirilməsi üzrə qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə post-patrul xidmətinin aparılmasına cəlb olunublar.

Həmçinin, Bakı şəhərində keçirilmiş “Formula-1 Azərbaycan Qran Pri” yarışı və  Bakı Olimpiya stadionunda futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları zamanı ictimai asayişin təmin olunması üzrə xidmətin aparılmasına cəlb edilən şəxsi heyət tərəfindən qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla, tam həcmdə icra edilib.

Daxili Qoşunların istehkamçıları tərəfindən də qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib. İlk olaraq qeyd edilməlidir ki, istehkamçılardan ibarət bir qrup şəxsi heyət Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinin, Füzuli, Zəngilan və Qubadlı rayonlarının ərazisinin minalardan təmizlənməsi üzrə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmuşlar. Beynəlxalq idman tədbirləri zamanı da istehkamçıların fəaliyyəti qənaətbəxş olub.

Bundan əlavə, gündəlik xidməti fəaliyyətdə döyüş təlimi prioritet məsələ kimi qəbul edilib. Belə ki, hərbi qulluqçuların səhra təcrübəsinin artırılması, onların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin təmini məqsədilə şəxsi heyət səhra təlimlərinə, atıcılıq məşqlərinə cəlb olunub, ixtisaslı hərbi qulluqçularla metodiki təlim toplanışları təşkil keçirilib. Yarımil ərzində şəxsi heyətin döyüş hazırlığının mütəmadi olaraq yoxlanılıbdır.

Ötən müddət ərzində şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib. Bu məqsədlə qoşunlarda hərbi intizamın vəziyyəti və aparılan tərbiyə işi tədbirləri nəzarətə götürülüb, bu istiqamətdə müvafiq göstəriş və tövsiyələr verilibdir.

Ötən dövrdə də Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilib, şəxsi heyətin kazarma-məişət şəraiti müasir standartlara uyğunlaşdırılıb, hərbi qulluqçuların zəruri tələbatları təminat normalarına uyğun təmin olunub, tələb olunan texnika və avadanlıqların alınması həyata keçirilibdir. Qoşunların maddi-texniki təminatının əsas istiqamətləri qarşıda duran vəzifələrin, xüsusən işğaldan azad olunmuş ərazilərdə və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün tələb olunan vasitələrlə hərbi hissələrin təmin edilməsinə yönəldilibdir.”

Çıxışının sonunda məruzəçi Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə həmişə hazır olacağını, hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılması, hərbi qulluqçuların peşə hazırlığının artırılması, sağlam mənəvi-psixoloji mühitin yaradılmasının təmin olunacağını bildib.

Daha sonra bir neçə hərbi hissənin komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov 2021-ci ilin 1-ci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini ümumən qənaətbəxş hesab edərək, 2021-ci ilin 2-ci yarımilində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi üçün vəzifəli şəxslərə tapşırıqlar verilib.

daxili qosun daxili qosun 1

Poliqon.az

CATEGORIES
TAGS