DEM aviabombası istehsalını tamamlayıb

DEM aviabombası istehsalını tamamlayıb

ABŞ pilotları icra etdikləri hücumlarının nə qədər ziyan vuracağını müstəqil olaraq müəyyən edə biləcəklər.

“Poliqon” xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Araşdırma Laboratoriyasının (AFRL) mətbuat xidməti Dialable Effects Munition (DEM) proqramı çərçivəsində aviasiya bombası istehsalının tamamlandığını elan edib.

İlk DEM aviabombası 907 kq (2000 funt) ağırlığında bombadır. Son sınaqlar zamanı, F-16 pilotu eyni tipli bombaların əvvəlcədən gücünü və partlama anını tənzimləyərək atılmasını həyata keçirib.

AFRL məlumatında qeyd olunur ki, pilotlar bombanı partlayışın gücü, qəlpələrin yayılma sürəti və radiusu, həmçinin partlama anı kimi bir neçə parametrə görə müstəqil olaraq tənzimləyə biləcəklər. Beləliklə, aviasiya vahid döyüş sursatından istifadə edərək daha çox növdə tapşırıqlar yerinə yetirə biləcək.

Qeyd edək ki, tənzimlənən aviabombaların inkişafı barədə məlumatlar ilk dəfə 2018-ci ildə ortaya çıxıb. ABŞ HHQ Tədqiqat Laboratoriyasının məlumatına görə, yeni bombalar “böyük bir güllə şəklində yerə atılaraq həm izdihamlı bir masa arxasında oturan konkret bir insanı vura bilər, həm də partlayışla bütün düşmən düşərgəsini məhv edə bilər”.

ABŞ HHQ tənzimlənə bilən partlayış gücünə malik bombaların logistikanı və istifadəni əhəmiyyətli dərəcədə asanlaşdıracağına diqqət çəkir. Çünki pilotlar tapşırıqlara uçaraq bir növ döyüş sursatı ilə müxtəlif vəzifələri yerinə yetirə biləcəklər.

Xatırladaq ki, daha əvvəllər (2015-ci ildə) bənzər bir inkişaf Almaniyanın TDW şirkəti tərəfindən təqdim edilib. Yeni inkişaf RADIUS (Range Adaptable Device Incorporating Unique Scaling) adlanır. Bu layihədə döyüş sursatının gücünü əvvəlkinə nisbətdə 10-100% tənzimləmək mümkündür.

dem2

RADİUS texnologiyasından istifadə etməklə eyni növ sursatla müxtəlif hədəflərin məhv edilməsi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS