“Dəniz kuboku”nda hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

“Dəniz kuboku”nda hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

“Dəniz kuboku” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Nazirlikdən bildirilib ki, hərbi dənizçilər tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiribər.

 

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş