DİN Daxili Qoşunları: avtomobil ehtiyat hissələrinin satınalınması – TENDER

DİN Daxili Qoşunlarının Baş İdarəsi 2012-ci ildə avtomobil ehtiyat hissələrinin satınalınması məqsədi ilə tender elan edib.

Tender 1 LOT üzrə keçirilir və iştirak haqqı 200 manatdır.

Potensial imkanları olan iddiaçılar tender sənədlərini iştirak haqqını ödədikdən sonra martın 14-dək DQ Baş İdarəsindən (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 ünvanında. Tel: (+994 12) 569 95 10) əldə edə bilərlər.

İddiaçıların sənədlərinin qəbulu martın 14-dək, təkliflərin qəbulu martın 29-dək DQ Baş İdarəsində keçiriləcək.

Təklif zərfləri martın 30-da açılacaq.

Tender elanının tam mətni “Xalq Qəzeti”nin 23 fevral 2012-ci il tarixli sayında yerləşdirilib.

KATEQORIYA: