Xəbərlər
DİN: Düşmənin böyük şəhərlərimizdə terror-təxribat aktları törətməsi istisna deyil

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
“Azeri Defence” saytının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:
“Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq”.




