Xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, Sərəncama əsasən, DSX-nin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Mürsəl oğlu Ələkbərova
general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova
general-mayor Faiq Həmzəağa oğlu Məmmədova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Elfan Şakir oğlu Quliyevə.





