Dövlət sərhədini pozan şəxslər saxlanılıb

Dövlət sərhədini pozan şəxslər saxlanılıb

Oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

CATEGORIES