Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, may ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES