Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

CATEGORIES