
ABŞ-ın “Raytheon” şirkətinin mütəxəssisləri yeni radioelektron mübarizə stansiyasının yaradılması istiqamətində işləri yekunlaşdırıblar.
Bu barədə “AzeriDefence” şirkətin rəsmi internet saytına istinadən xəbər verir.
Yeni sistem istismar müddəti bitməkdə olan ALQ-99 stansiyalarını əvəzləyəcək.
Yeni qurğu ABŞ-ın döyüş təyyarələrinin təhlükəsizliyinin artırılmasına yönəlib. Sistem Hərbi Hava Qüvvələrinin istismarına 2021-ci ildən veriləcək.
Şirkətin elektron döyüş sistemləri bölməsinin rəhbəri Daniel Teysen bildirib ki, yeni avadanlıq HHQ-nin təyyarələrinin elektron müharibəyə hazırlığını daha da təkmilləşdirəcək.



