Xəbərlər

DSX tərəfindən 386 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2021-ci ildə 386 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd PHS aşkarlanaraq zərərsizləşdirilib.

Poliqon.az

Back to top button