DSX Akademiyası və Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib

DSX Akademiyası və Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsindən sonra Azərbaycanın bötüvlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Prezident İlham Əliyevin komandanlığı altında torpaqların azad olunması uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.

Vətən müharibəsi zamanı DSX-nin qarşı­sın­da Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nü­mu­nə­ləri göstər­mələri qeyd edilib, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat veril­ib.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.

Sərhədçilərin Azərbaycan xalqının tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhə­rində və Zəngilanın Ağbənd qəsəbə­sin­də Dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükü­rataz” strateji yüksək­liklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.

Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların  göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.

Çıxış edənlər qalib Azərbaycan xalqının şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildiriblər.

1 2

2 1

3 2

4 1

5 1

6 1

7

Poliqon.az

CATEGORIES
TAGS