Xəbərlər

DSX dövlət sərhədini pozmağa cəhd göstərən Azərbaycan vətəndaşlarını saxlayıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin  təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahə­sində fəaliyyətlər davam etdirilir.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

May ayının 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıbdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləş­dirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

sərhəd

Poliqon.az

Back to top button