DSX: Döyüş hazırlığının daha da yüksəldilməsi üzrə zəruri tapşırıqlar verilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarında xidməti müşavirələr keçirilib.
“Poliqon”un məlumatın görə, xidməti müşavirələr aprelin 19-21-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarına səfəri çərçivəsində rəhbər heyətlərin iştirakı ilə keçirilib.
Xidməti müşavirələrdə vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri tapşırıq və tövsiyələr verilib.




