DSX gəmilərin təmiri ilə bağlı tender elan edib

Dövlət Sərhəd Xidməti gözətçi gəmilərin və üzmə vasitələrinin təmiri ilə bağlı tender elan edib.
Bu barədə “AzeriDefence” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən mlumat verib.
Tender 10 lot üzrə keçirilir.
lot 1 – B-92 layihəli 703 saylı Sərhəd Gözətçi Gəmisinin tərsanə təmiri işləri
lot 2 – 503 saylı Sərhəd Gözətçi Gəmisinin tərsanə təmiri işləri
lot 3 – 503 saylı Sərhəd Gözətçi Gəmisinin cari təmiri işləri
lot 4 – B-98 layihəli 701 saylı Sərhəd Gözətçi Gəmisinin tərsanə təmiri işləri
lot 5 – B-92 layihəli 704 saylı Sərhəd Gözətçi Gəmisinin tərsanə təmiri işləri
lot 6 – “Vatermaster” dibdərinləşdirici qurğusunun təmiri və servis xidmətlərinin göstərilməsi işləri
lot 7 – Gəmi və katerlər üçün müxtəlif boyalar
lot 8 – Gəmi və katerlər üçün müxtəlif filterlər
lot 9 – Xilasedici salların və yanğınsöndürmə balonlarının şəhadətləndirilməsi işləri
lot 10 – 401, 402, 403, 405, 406, 407, 408 saylı katerlərin və 7 ədəd itisürətli qayıqların təmiri işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Z.Əliyeva küçəsi 30 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(+99412) 498-01-36) ünvanından ala bilərlər .
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-12-07 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-12-18 16:00qədər Bakı şəhəri, Z.Əliyeva 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-12-19 15:00 tarixində Bakı şəhəri, Z.Əliyeva küçəsi 30 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.




