Xəbərlər
DSX Gürcüstan DİN-ə helikopter qəzası ilə bağlı başsağlığı verib

Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Gürcüstanın Daxili İşlər Nazirliyinə iyulun 29-da Gürcüstanın Qudauri bölgəsində Daxili İşlər Nazirliyinin sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması ilə əlaqədar baş sağlığı verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səbir və dözüm diləkləri ifadə edilib.
Qeyd edək ki, Gürcüstanda Tetri Araqvi vadisində Sərhəd Polisinə məxsus Mi-8 tipli helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfər ölüb. Həlak olanların dördü ekipaj üzvü, ikisi xilasedici, digər ikisi isə tibb işçisidir.




