Xəbərlər

DSX: Hərbçilərin ərzaqlarının Ukraynada satılması barədə məlumatlar həqiqətə uyğun deyil

Martın 26-da bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu materiallar həqiqətə uyğun deyildir və qərəzli xarakter daşıyır.

“Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyiə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”, – deyə DSX-nin məlumatında bildirilib.

Back to top button