DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayon sakini 1990-cı il təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

CATEGORIES
TAGS