DSX-nin 3 hərbi qulluqçusu xidməti ərazidə qətlə yetirilib

DSX-nin 3 hərbi qulluqçusu xidməti ərazidə qətlə yetirilib

Yanvarın 2-də, saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

DSX-nin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Poliqon.az

CATEGORIES