DSX-nin Akadеmiyasında və Xüsusi Məktəbində yeni tədris ili başlayıb

DSX-nin Akadеmiyasında və Xüsusi Məktəbində yeni tədris ili başlayıb

Sentyabr ayının 15-də yeni tədris ilinin başlaması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Akadеmiyasında və Xüsusi Məktəbində tədbir kеçirilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər son günlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ordusunun hərbi birləşmələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısının qətiyyətlə alındığı və düşmənə sarsıdıcı zərbələr endirilərək bir sıra hakim yüksəkliklərin ələ keçirildiyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarda, dövlət sərhədlərində üçrəngli zəfər bayrağının qürurla dalğalandığı qeyd olunub.

Çıxışda Azərbaycan Prеzidеnti İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkənin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən,yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyətin olduğu qeyd edilərək, gələcəyin sərhədçi zabitlərinin, o cümlədən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib.

Kursantlar şəhidlərin qanı və canı bahasına azad olunmuş Azərbaycan torpaqlarında şərəflə xidmət edəcəklərinə, onların qəhrəmanlıq mirasını hər zaman əziz tutacaqlarına, üçrəngli müzəffər bayrağın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövləti maraqları ən yüksək səviyyədə qoruyacaqlarına bir daha söz veriblər.

 

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş