DSX-nin Akademiyasında baş verən yanğın söndürülüb – YENİLƏNİB

DSX-nin Akademiyasında baş verən yanğın söndürülüb – YENİLƏNİB

Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülüb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb.

Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalmış, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib.

Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.

***

Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının söndürülməsi üzrə ilkin tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülərək yanğın qısa zamanda lokallaşdırılıb. Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Aidiyyətı qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS