Xəbərlər

DSX-nin Göytəpədəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırıb.

Çıxışda gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyi vurğulanıb, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbay­canın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, işğaldan azad edilmiş dövlət sər­hədlərin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirilməsi bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək ölkənin müqəddəs sərhəd­lərini şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulan­ıb.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Back to top button