Xəbərlər

DSX-nin Göytəpədəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissə­sində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdi­yini vurğulayıb, Azərbaycan Prezi­denti İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs Azərbaycan torpaqlarında dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildir­iblər.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­ləri şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Poliqon.az

Back to top button